Ru
18:18 / 18 Oktyabr 2025

"Teatrda qazanc yox idi"

"Teatrda qazanc yox idi"
Eye

"Həmin dövrdə hər şey çətin idi. Tearda 4 şirvan pul qazanırdıq. Televiziyada isə əməlli pul qazanırdıq. Yolpulum 6 şirvan edirdi, teatrdan 4 şirvan 9 məmməd alırdım. Gəldim kanaldan 80 şirvan, ssenarist olduğum üçün isə 20 şirvan əlavə alırdım. Gözəl vaxt idi".

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Efirdən kənar" verilişində deyib. Aktyor teatrda qazanc olmamasından danışıb.

R.İsgəndərov daha sonra uşaqların telefonla çox məşğul olmasını tənqid edib:

"Sonuncu dəfə küçədə qolu gipsdə uşaq görmüsən? O vaxt beş uşaqdan birinin qolu gipsdə idi. Futbol, dava-dava oynayırdılar. İndi oyunlar, dava telefondadı. Uşaqlar Tarzana baxırdı, ağacdan yıxılırdı. Təbii idi... Maraqlı oyunlar var idi".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar