Ru
15:57 / 14 Yanvar 2020

TƏBİB 10 yaşlı uşağın ölüm səbəbini açıqladı

TƏBİB 10 yaşlı uşağın ölüm səbəbini açıqladı
Eye

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.

BakuPost.az xəbər verir ki,TƏBİB-dən bildirilib ki, yanvarın 11-i saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Yanvarın 12-si saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib".

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar