Ru
18:50 / 23 Aprel 2019

Təcridxanaya heroin keçirmək istədi, yaxalandı

2587
 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Bakupost.az-ın Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin 221.2 -ci maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səmədov Cavid İnqilab oğluna Bakı şəhər sakini Əliyev Elgün Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan paltarın belindəki rezinə xüsusi üsulla hopdurulmuş 0,425 qram heroin aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər