İranda xaricdən dəstəklənən terror hücumları nəticəsində mülki şəxslər və təhlükəsizlik qüvvələri də daxil olmaqla, 3117 nəfər həlak olub.
Bakupost.az xəbər verir ki, bu barədə İranın rəsmi mediasının yaydığı məlumatda bildirilib.
“Hesabata görə, bir neçə etirazçı mütəşəkkil silahlı terror qrupları tərəfindən öldürülüb”, - məlumatda bildirilib.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə İranda iqtisadi vəziyyətin çətinliyinə görə kütləvi aksiyalar başlayıb. Aksiyalar daha sonra iğtişaşlarla müşayiət olunub. İran insan haqları təşkilatları indiyədək ölənlərdən 4519 nəfərin kimliyinin müəyyənləşdirildiyi, 9049 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışıldığını açıqlayıb. Bu hesabla aksiyalarda 13568 nəfərin öldüyü təxmin edilir.