Ru
12:30 / 23 Yanvar 2026

Tələbə krediti üçün müraciət tarixləri açıqlandı - RƏSMİ

Tələbə krediti üçün müraciət tarixləri açıqlandı - RƏSMİ
Eye

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb.

Qeyd edilib ki, 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarı 31-i saat 23:59-da başa çatacaq. 2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralı 1-i saat 00:00-dan başlayacaq.

Bildirilib ki, müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.

Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar