Ru
14:37 / 16 Sentyabr 2019

Tələbə qız attraksiondan yıxıldı - Azərbaycanda bədbəxt hadisə

2652

Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb.


Hadisə bu gün Şəki şəhərində, M. F. Axundov adına istirahət parkında baş verib.


2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Vüsal qızı Durmuşova atraksiondan yıxılaraq ağır xəsarət alıb. X. Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Məlumatda bildirilir ki, X. Durmuşovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır.


X. Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.



Faktla bağlı araşdırma aparılır.

(apa)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər