Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, kirayədə qalan qızla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır:
"Yayılan səs yazısından məlumatlıyıq. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır".