Ru
12:56 / 12 Dekabr 2025

Tənzilə Rüstəmxanlı türkmən həmkarları ilə görüşdü - FOTO

Tənzilə Rüstəmxanlı türkmən həmkarları ilə görüşdü - FOTO
Eye

Milli Məclisinin deputatı, Azərbaycan–Türkmənistan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı Aşqabadda Türkmənistan Məclisinin nümayəndələri ilə görüş keçirib.

Bakupost.az xəbər verir ki, görüşdə Türkmənistan Məclisinin Elm, Təhsil, Mədəniyyət və Gənclər Siyasəti Komitəsinin sədri Bayramgözel Myratmuhammedovna Myradova, İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi Komitəsinin üzvü Oğulmaral Qurbansəhedovna Xodjaeva, Beynəlxalq və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Şirin Seyitquliyevna Baymuradova, Türkmənistan Məclisinin deputatı, Beynəlxalq əlaqələr və parlamentlərarası komitənin üzvü Enejan Atayeva, eləcə də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova iştirak ediblər.

Görüş zamanı Azərbaycan–Türkmənistan parlamentlərarası əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi, elm, təhsil, mədəniyyət və gənclər siyasəti, insan hüquqlarının müdafiəsi, beynəlxalq və parlamentlərarası əlaqələrin gücləndirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə qadınların cəmiyyətdəki rolu, onların ictimai-siyasi həyatda fəal iştirakı, qərar qəbuletmə proseslərində təmsilçiliyinin artırılması, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təşviqi məsələləri müzakirələrin əsas istiqamətlərindən biri olub.

Qeyd olunub ki, keçirilən konfrans məhz qadınların cəmiyyətdə rolunun gücləndirilməsi mövzusuna həsr olunub və bu çərçivədə parlamentlərarası əməkdaşlıq, qadın deputatların təcrübə mübadiləsi, eləcə də regional və beynəlxalq platformalarda birgə təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Yasəmən,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar