Ru
23:59 / 14 Dekabr 2019

Terrorçular daha 15 nəfərin həyatına son qoydu

2247
“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətindəki Maqumeri şəhərinə hücum edərək azı 15 nəfəri öldürüblər.

BakuPost-un xarici mediaya istinadən məlumatına görə, bu barədə “Sinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Silahlılar ötən gün axşam saatlarında 11 avtomobillə Maqumeriyə gəliblər və atışma baş verib. Məlumata görə, atışmada 8 yerli hərbçi, təhlükəsizlik əməkdaşı və 6 mülki şəxs ölüb.

Şahidlər terrorçuların ağır pulemyotlardan istifadə etdiklərini bildirirlər. Nigeriya ordusu hadisə ilə bağlı hələ məlumat verməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər