Ru
19:43 / 11 Mart 2026

Təyyar Bayramovun oğlu daha oxumayacaq?

Təyyar Bayramovun oğlu daha oxumayacaq?
Eye

Əməkdar artist Təyyar Bayramov oğlu Kənan Bayramovun bundan sonra oxuyub-oxumayacağı ilə bağlı sualı cavablandırıb.

Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, muğam ifaçısı "Qonaqcanlı" verilişində hazırda övladının universitetdə oxuduğunu deyib:

"Konservatoriyada üçüncü kursda oxuyur. Mənsum İbrahumovdan dərs alır. Vokal dərslərini isə Azər Zeynalovdanalır. Digər müəllimlərlə mahnı janrında da hazırlaşır. Gələcəkdə tamaşaçı onun gözəl qayıdışını görəcək. Çalışmaqdan çox şey asılıdır. Gözəl istedadı olanlar çoxdur. Öndə olan çalışmaqdır".

Qeyd edək ki, Xalq artisti Mənsum İbrahimov səsinə görə Kənana oxumaq qadağası qoyub. O bildirib ki, Kənan bir müddət oxuya bilməz.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar