Ru
19:52 / 11 Mart 2026

THY İrəvana uçuşlara başladı

THY İrəvana uçuşlara başladı
Eye

“Türk Hava Yolları” (THY) bu gündən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk dəfə birbaşa uçuşlara başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” beynəlxalq aeroportu məlumat yayıb.

Bildirilib ki, İstanbuldan qalxan ilk start reysi artıq İrəvanda eniş edib.

Məlumata görə, uçuşlar martın 11-dən başlayaraq gündəlik (həftədə 7 dəfə) həyata keçiriləcək. Mayın 14-dən reyslərin sayının həftədə 10-a, iyunun 15-dən isə 14-ə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında quru sərhədləri bağlı olsa da, hava nəqliyyatının genişləndirilməsi normallaşma prosesinin tərkib hissəsidir.

Məlumat üçün bildirək ki, 2022-ci ildən etibarən “Fly One Armenia” və “Pegasus” şirkətləri də qarşılıqlı uçuşlar həyata keçirməyə başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar