Son illər Azərbaycanda maaşların artırılması ilə bağlı qərarlar qəbul edilsə də, əhalinin böyük hissəsi hesab edir ki, gəlirlərin artım tempi bahalaşmanı tam kompensasiya etmir. Xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin bahalaşması fonunda əməkhaqlarının yenidən artırılması məsələsi tez-tez gündəmə gəlir.
Mövcud iqtisadi göstəricilər fonunda Azərbaycanda yaxın dövrdə minimum əməkhaqqının artırılması real görünürmü?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova 2026-cı il üçün büdcə sənədlərində minimum əməkhaqqının 400 manat səviyyəsində saxlanılması nəzərdə tutulduğunu bildirib:
“Bu da yaxın perspektivdə artımın planlaşdırılmadığını göstərir. Lakin, qanunvericilik minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, iqtisadi şərait, inflyasiya və xüsusilə, gündəlik xərclərin bahalaşması fonunda hökumət ildə bir neçə dəfə artım barədə qərar verə bilər. Fikrimcə, mövcud inflyasiya və yaşayış xərclərinin dinamikası onu göstərir ki, minimum əməkhaqqına ildə bir dəfə deyil, ən azı iki dəfə yenidən baxılması daha məqsədəuyğun olardı”.
İqtisadçı bildirib ki, qiymətlər il ərzində davamlı dəyişdiyi halda, əməkhaqqının yalnız bir dəfə artırılması əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etmir:
“Əməkhaqqının inflyasiya göstəricilərinə uyğun olaraq hər altı aydan bir indeksləşdirilməsi sosial baxımdan daha ədalətli yanaşma hesab edilə bilər. Əks halda nominal maaş artsa da, real gəlirlər azalmaqda davam edir. Son illərə baxsaq, minimum əməkhaqqı müəyyən dövrlərdə 15-20 faiz artırılsa da, eyni müddətdə bir sıra əsas istehlak malları və xidmətlər üzrə qiymət artımı daha yüksək olub.
Məsələn, minimum əməkhaqqı hazırda 400 manatdır. İllik inflyasiyanı ən az 5 faiz götürsək, ilin ortasına qədər bu maaşın real alıcılıq qabiliyyəti təxminən 20 manat azalmış olacaq. Hələ ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir. Məsələn, ərzaq inflyasiyası ən az 7-8% səviyyəsində olarsa, aşağı gəlirli ailələrin faktiki itkiləri daha da artacaq”.
Vüsalə Əhmədovanın sözlərinə görə, minimum əməkhaqqının hər altı aydan bir indeksləşdirilməsi daha effektiv mexanizmdir:
“Məsələn, 400 manatlıq minimum əməkhaqqı ilin əvvəlində 10 faiz artırılaraq 440 manata, ilin ikinci yarısında isə inflyasiyanın davam etməsi nəzərə alınaraq əlavə 10-12 faiz artırılaraq təxminən 485-500 manata çatdırıla bilər. Bundan əlavə, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti təxminən 36 faiz təşkil edir. Halbuki Avropa ölkələrinin əksəriyyətində bu göstərici 45-50 faiz intervalındadır. Fransa, Portuqaliya, Sloveniya kimi ölkələrdə hətta 50 faizdən yuxarıdır”.
İqtisadçı bildirib ki, AB ölkələrində minimum əməkhaqqı daha yüksək sosial müdafiə təmin edir:
“Avropa İttifaqının Minimum Əməkhaqqı Direktivi”ndə konkret faiz müəyyən edilməsə də, minimum əməkhaqqının adekvatlığı qiymətləndirilərkən, minimum əməkhaqqının orta əməkhaqqının təxminən 50 faizinə və ya median əməkhaqqının 60 faizinə yaxın olması kimi istinad göstəricilərindən istifadə etmək tövsiyə edilir. Bu, aşağı gəlirli əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm hesab olunur”.
Əgər minimum əmək haqqı 800 aznə qədər artırmasanızsizin evladlarınızın yasına gəlsin bu millət ! Aldığınız o , yüksək maaş sizin burnunuzdan irin , qan olsun gəlsin . Heç yeyə bilməyəsiniz !
Anonim
Dəyərli Bakupost.az, tərtibatçı və hüquqçu-iqtisadçılar, hələ Sovet Sosialist dövründən siyasi rəqib-avropa ölkələri daha yüksək razılıqlı-sivi istehsal münasibətlərinə çalışıblar! 1987ci ildən Separat Siyasi və Hərbi, elə açıq-aşkar xaricdən dəstəklənən etnik-kütləvi deport, rəsmən 14.06.1988 tarixli fərmanla təsdiqlənən DQMVnin *Miatsum!* hərbi (366) əsarət fərmanına ramən, hətta BMTnin qəti-bərpa qətnamələrinə baxmayaraq Azərbaycan Avropa təşkilatlarından çox *Böyük Qardaş* RF və MDByə üstünlük verib, Beynəlxalq Məhkəmələrdən, NATOdan bütün təbii sərvətlərinə əvəz də qəti-hüquqi dəstək-yardım ustəməyib, uzaqlaşmağa çalışır? Halbuki, Hərbi İşğal Cinayətkarları ilə Ermənistan az qala 2018ci ildən Avropa İttifaqının üzvüdür!? Sanki, ölkəmizi öz mühafizə-hüquqi müdafiəsi altına alacaq Avropadan qaçırıq? Əlahiddə Siyasət, sosial-dövlət göstəricilərimizi avropa göstəricisinə yaxın deyil, reğion və bəzi müstəmləkə (vassal) ölkələrdən də aşağı salıb?