Ru
18:37 / 23 Fevral 2026

Tibbi sığorta vətəndaşları qane edirmi? - Sosial sorğu

Tibbi sığorta vətəndaşları qane edirmi? - Sosial sorğu
Eye

Bakupost TV paytaxt ərazisində icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşlar arasında sosial sorğu keçirib.


Sorğu zamanı iştirakçılara xəstəxanalarda tibbi sığortadan istifadə imkanları və mövcud problemlərlə bağlı suallar ünvanlanıb. Vətəndaşların bir qismi sığortadan istifadə edərək əməliyyat olunduqlarını və xidmətlərdən yararlandıqlarını bildirib. Onların sözlərinə görə, bəzi cərrahi müdaxilələr və müayinələr sığorta çərçivəsində qarşılanıb.


Digər vətəndaşlar isə növbələrin nizamsızlığından şikayətləniblər. Bildirilib ki, xüsusilə paytaxt xəstəxanalarında sıxlıq müşahidə olunur və qəbul prosesində müəyyən çətinliklər yaranır.

Sorğu iştirakçıları arasında həkim çatışmazlığı ilə bağlı narazılıqlar da səsləndirilib. Onların sözlərinə görə, regionlardan Bakıya üz tutan pasiyentlərin çoxluğu növbələrin daha da artmasına səbəb olur. Bəzi vətəndaşlar savadlı və ixtisaslı həkimlərin sayının artırılmasını, eləcə də bölgələrdə tibbi xidmətin gücləndirilməsini təklif ediblər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar