Ru
22:19 / 04 Oktyabr 2025

Tiflisdə GƏRGİNLİK: 14 polis yaralandı, Baş nazir Aİ səfirini günahlandırdı

Tiflisdə GƏRGİNLİK: 14 polis yaralandı, Baş nazir Aİ səfirini günahlandırdı
Eye

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, iğtişaşlarda Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinskinin də günahı var.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Kobaxidze keçirilən brifinqdə deyib.


"Bilirsiniz ki, bəzi əcnəbilər hətta konstitusiya quruluşunu devirmək cəhdini birbaşa dəstəkləyiblər, o cümlədən Aİ nümayəndəsi. Bu fonda Aİ-nin Gürcüstandakı səfiri bunun üçün xüsusi məsuliyyət daşıyır", - Kobaxidze deyib.


***

Tiflisdə iğtişaşlar nəticəsində azı 14 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.


Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə deyib.


"Nümayişçilərin atdığı müxtəlif əşyalar nəticəsində indiki mərhələdə Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb”, - Daraxvelidze bildirib.

***

"Tiflisdə prezident sarayının yaxınlığında keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşlarından birinin vəziyyəti ağırdır".


Bunu Baş nazir İrakli Kobaxidze brifinqdə deyib.


"Yaralılardan birinin vəziyyəti kifayət qədər ağırdır. Məncə, bunu edən bu insanlara dua etməlidirlər. Dövlət polisə əl qaldıran hər kəsə qarşı çox sərt olacaq", - Kobaxidze bildirib.

***

Tiflisdə prezident sarayının yaxınlığında etirazçılarla toqquşma zamanı bir neçə polis əməkdaşı yaralanıb.


Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Kaxa Buxradze “TV Pirveli”yə müsahibəsində bildirib.


"Mən bildiyimə görə, bir neçə əməkdaşımız yaralanıb. Mən sizə dəqiq rəqəm deyə bilmərəm", - Buxradze bildirib.

***

18:45

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər.


Bakupost.az xəbəri verir ki, mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tiflisin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tiflis Şəhər Şurasının binası qarşısında quraşdırılıb.

Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub.

Mitinq hələlik dinc şəraitdə davam edir.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.


Şərhlər
  • Dəxi

    Belə anlaşılır ki, Gürcüstan mitinqi Xalq-Vətəndaş Cümuhürriyyəti (Cəmiyyəti-Dövləti) niyyətindədir. Yəni, SB və tarixin ən sürətli inkişaf dövlətini naməlum *QƏRB*ə özəl sövdələşməyə təslim edənlərə və müvəqqəti dəstək vermiş *Qərb*bə ümid və dəstək də Gürcüstana iqtisadi-siyasi bütövlük və stabillik gətirmədi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar