"TikTok" sosial şəbəkəsində özünü xeyriyyəçi kimi tanıdan Hüseynov Xəqani (Xaqocan) həbs edilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev
Bakupost.az -a bildirib ki, "Xaqocan" 10 sutka müddətində həbs edilib.
"Xəqani Hüseynov sosial şəbəkə istifadəçisi Azər Əmirovun müraciəti əsasında Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (xırda xuliqanlıq) əsasən protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka həbs edilib".