Ru
23:26 / 07 Avqust 2026

Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - VİDEO

Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - VİDEO
Eye

Ağdaşda erkən nikahla bağlı çəkiliş aparan İTV əməkdaşlarına hücum edilib.


"Bakupost" xəbər verir ki, hadisə yetkinlik yaşına çatmayan qızın toy mərasiminin keçirilməsi ilə bağlı olub.

İTV Xəbərin çəkiliş qrupu hadisəni işıqlandırmaq üçün ərazidə olub. Baş verənlərə etiraz edən toy sahibləri İctimai Televiziyanın çəkiliş qrupuna hücum edərək, onlara qarşı zorakı hərəkətlər törədiblər.

Qeyd edək ki, Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun keçiriləcəyi barədə daxil olan məlumat əsasında polis və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı qızın 17 yaşı tamam olmadığı müəyyən edilib.

Polis əməkdaşları və aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, erkən nikahın hüquqazidd olduğu diqqətə çatdırılıb. Nəticədə planlaşdırılan toy məclisi təxirə salınıb.


Şərhlər
  • Əhmədli Cavanşir

    Əhsən sizə uşaqlar qarşısını aldız ən azından müvəqqəti olaraq inşAllah dövlət tərəfindən bir tədbir görülər inanıram buna belə bele bəlkə ölkədə bu kimi biabırçılıqlar yığışdırıldı

  • Fayaz babayev

    Bele insanlara men olsam hebs vererdim en azin 3 gun o birilerde baxib ders olardi

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar