ABŞ prezidenti Donald Tramp “The Mark Levin Show” adlı radio proqramında çıxışı zamanı Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış Bəyanatla bağlı öz sülhməramlı səylərindən danışıb.
Bakupost.az xəbər verir ki, ABŞ lideri çıxışında Ermənistanın adını unudub və əvəzində “Albaniya” deyib:
“Bilirsinizmi, nə qədər heyrətamiz hadisələr baş verdi? Azərbaycan ilə Albaniya arasında böyük bir münaqişə var idi. Bu, 34–35 il davam etmişdi. Uzun illər idi ki, bu davam edirdi. Mən həmin ölkələrin liderləri ilə tanış oldum və dedim: ‘Niyə döyüşürsünüz? Nəticədə mən bu məsələni həll etdim. Baxmayaraq ki, insanlar deyirdilər bu mümkün deyil. Hətta onlar hər ikisi Oval Ofisdə oturanda, Bəyanatı imzalamağa hazırlaşırdılar, yan-yana əyləşmişdilər, amma özlərini narahat hiss edirdilər. Amma sonda bir-birini təbrik etdilər. Bu mənzərəni görmək, həqiqətən də, xoş idi.”
Trampın bu səhvi Ermənistan mediasına heç də xoş qarşılanmayıb. Erməni ekspertlərin fikrincə, Tramp hələ indi Ermənistanın adını xatırlamır və bir neçə ildən sonra onun Ermənistanı xatırlayacağını və ölkə üçün narahat olacağını düşünmək sadəlövhlükdür.
Aysel,
BakuPost