Ru
09:15 / 01 May 2025

Tramp geri çəkilsə, Ukrayna ilə bağlı B planı...

Tramp geri çəkilsə, Ukrayna ilə bağlı B planı...
Eye

Avropa Birliyi Donald Tramp administrasiyasının Ukrayna ilə sülh danışıqlarından imtina edəcəyi və Moskva ilə münasibətləri bərpa etməyə çalışacağı halda, Rusiyaya qarşı iqtisadi sanksiyaların saxlanılması üçün ehtiyat B planı üzərində işləyir.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

“Bu məsələ gündəmdədir ki, amerikalıların özləri danışıqlardan geri çəkilmək istəyəcəklərmi? Biz onların Ukraynanı tərk etməyi və Rusiya ilə razılaşmaya çalışmamağı düşünməyə başladıqlarına dair əlamətlər görürük – çünki bu, çox çətindir.

Avropa Birliyi iyul ayında Macarıstanın sanksiyaların uzadılmasını bloklaması ehtimalı ilə əlaqədar Rusiya üzərində təzyiqi saxlamaq üçün B planı hazırlayıb, lakin bütün üzv dövlətlərin birliyi əsas prioritetdir. B planı mövcuddur, amma biz A planı üzərində işləməliyik. Əgər dərhal B planına keçsək, elə o plan həyata keçəcək,” – deyə Kallas bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar