Ru
09:40 / 03 May 2025

Tramp Roma papası "OLDU"

Tramp Roma papası  "OLDU"
Eye

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində özünün Roma papası obrazında təsvir edildiyi şəkil paylaşıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, süni intellekt vasitəsilə yaradılmış şəkildə Tramp qızılı stulda əyləşmiş vəziyyətdə, düyməli, dik yaxalıqlı, uzun, ağ sutanada təsvir edilib.

Trampın sağ əlinin adsız barmağında Roma papasının hakimiyyət simvolu olan balıqçı üzüyünü görmək olar. Bu üzük pontifikin peşəsi balıqçılıq olan həvari Pyotrun varisi olduğunu xatırladır.

Ağ Ev sahibi şəklə heç bir şərh yazmayıb.

Xatırladaq ki, dəfnində ABŞ prezidentinin də iştirak etdiyi Roma Papası Fransiskin vəfatından sonra Tramp zarafatla pontifik olmaq istədiyini bildirmişdi.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar