Ru
09:24 / 11 Aprel 2026

Tramp: İranın nüvə silahı olmamalıdır

Tramp: İranın nüvə silahı olmamalıdır
Eye

ABŞ Prezidenti Donald Tramp hər hansı bir razılaşmada İranın nüvə silahına malik olmamasının təmin edilməsinin prioritet olduğunu da bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə "Al Jazerra" məlumat yayıb.

"Nüvə silahı olmamalıdır, məsələnin 99 faizi budur", - Tramp vurğulayıb.

O, Hörmüz boğazının tezliklə açılacağını, Vaşinqtonun mühüm su yolunda İranın de-fakto ödəniş məntəqəsi sistemini tətbiq etməsini qəbul etməyəcəyini bildirib. "Biz oranı kifayət qədər tez bir zamanda açacağıq", - Tramp əlavə edib.

Tehran müharibəyə son qoymaq üçün ABŞ ilə razılaşma əldə olunduğu təqdirdə belə, təhlükəsiz keçid üçün gəmilərdən rüsum almaq niyyətində olduğunu açıqlayıb.

"Əgər onlar belə etsə, biz buna imkan verməyəcəyik", - Tramp "Air Force One" təyyarəsinə minməzdən əvvəl jurnalistlərə deyib.

Şərhlər
  • Bəhrami

    Yer planeti vətəndaşları və digər canlı aləm-mühit üçün də yüksək faydalı təklifdir! Ancaq, Tehranın hüquqi iddiası olan və İrana təpki göstərən dövlətlərin də adekvatca nüvə silahı olması, heç olmaması daha yüksək ədalət prinsipi və tək-vahid planetimizlə insani *qızıl tarazlıq* şərti deyilmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar