ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Hersoqa məktub göndərərək Baş nazir Binyamin Netanyahunun korrupsiya işi üzrə təqibinə tamamilə son qoyulmasını xahiş edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.
Tramp məktubunda Netanyahu barəsindəki cinayət işini "siyasi və ədalətsiz" adlandırıb:
""Bibi"ni əfv etməyin və bu vəziyyətə birdəfəlik son qoyaraq İsraili birləşdirməsinə imkan verməyin vaxtıdır".
İsrail prezidenti Hersoq isə cavabında Trampa hörmət etdiyini vurğulayıb. O qeyd edib ki, əfv olunmaq istəyən hər kəs müəyyən olunmuş prosedurlara uyğun şəkildə rəsmi müraciət etməlidir.
“Times of Israel” yazır ki, müraciət ya Netanyahunun özü, ya da onun yaxın qohumları tərəfindən təqdim edilməlidir. Lakin hələlik belə bir müraciət daxil olmayıb.
Lalə, BakuPost