“Prezident Donald Tramp Nobel Sülh Mükafatına bütün dövrlərin ən layiqli namizədidir”.
Bakupost.az xəbər verir ki, bu fikri ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
“Yeganə arzum odur ki, Nobel Komitəsi hərəkətə keçsin və başa düşsün – siz bu mükafatın tarixində ən yaxşı namizədsiniz,” – deyə Uitkoff Trampa müraciətlə bildirib.
Uitkoff qeyd edib ki, Tramp administrasiyası sayəsində ABŞ hazırda dünyada bir çox münaqişələrdə vasitəçilik edir. O, xüsusilə, müsəlman ölkələri ilə İsrail arasında Avraam sazişlərinin imzalanması üzrə danışıqların getdiyini deyib. Diplomat ümid etdiyini bildirib ki, 2025-ci ilin sonuna qədər ABŞ diplomatiyasının səyləri ilə Yaxın Şərq və Ukrayna münaqişələri sülh yolu ilə həll olunacaq.
Qeyd edək ki, Donald Trampın namizədliyi daha əvvəl dəfələrlə Nobel Sülh Mükafatına irəli sürülüb. Bu dəfə namizədlik təşəbbüsünü dəstəkləyən ölkələr arasında Azərbaycan, Ermənistan, Qabon, İsrail, Kamboca, Ruanda və Pakistan yer alıb.
NBC telekanalının məlumatına görə, Tramp özü bu mükafatı almağı çox istədiyini bildirib, lakin reallıqda bunun baş verəcəyinə çox da ümid etmir.
Aysel,
BakuPost