ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsini müzakirə edib.
Bakupost.az xəbər verir ki, Tramp bu haqda Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edərkən bildirib.
“Mən bir çox müharibələrdə milyonlarla insanı xilas etdim. Azərbaycanda, orada nələrin baş verdiyini bilirsiniz. Mən bu problemi həll etdim. Bu, uzun illər davam edirdi. Putin mənə zəng edib “İnana bilmirəm, sən hər şeyi həll etdin. Biz bunu uzun müddətdir həll etməyə çalışırdıq”, – dedi. Mən isə cavab verdim ki, “bu barədə narahat olma. Sadəcə imkan ver, sənin lənətə gəlmiş müharibəni (Ukrayna müharibəsi - red.) də həll edim. Mənim köməyə ehtiyacım yoxdur”, – ABŞ Prezidenti deyib.
Donald Trampın çıxışı Ağ Evin “Youtube” kanalında yayımlanıb.