Fransa Prezidenti Emmanuel Makron dünən davos Forumunu Dünya İqtisadi Forumunun keçirildiyi İsveçrənin Davos şəhərini tərk edib.
Bakupost.az xəbər verir ki, buna səbəb Trampla ikitərəfli görüşünün razılaşdırılmaması olub.
Qeyd edək ki, Makron bundan öncə Trampı Parisə dəvət etmişdi. Tramp isə Makronun Sülh Şurasına qoşulmaq təşəbbüsünü qəbul etməməsindən əsəbiləşərək, onun “heç kimə lazım olmadığını”, prezidentlik müddətinin bitməsinə çox az qaldığını bildirmiş, bunun ardınca isə Fransa prezidentinin ona göndərdiyi mesajın skrinşotunu sosial şəbəkə hesabında yaymışdı.
Asena,
BakuPost