Ru
08:45 / 19 Noyabr 2025

Tramp Ronaldo ilə görüşdə: "Oğlum bundan sonra mənə daha çox hörmət edəcək" -FOTOLAR

Tramp Ronaldo ilə görüşdə: "Oğlum bundan sonra mənə daha çox hörmət edəcək" -FOTOLAR
Eye

  1. Portuqaliyalı futbolçu Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud ilə nahar edib.

    Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    Futbol dünyasından FIFA prezidenti Canni İnfantino da şam yeməyinə dəvət olunub. Amerikalı milyarder İlon Mask da qonaqlar arasında olub.

    Tramp zarafatla bildirib ki, kiçik oğlu Barronu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştiana Ronaldo ilə tanış etməklə ondan daha çox hörmət qazanıb.

    "Bilirsiniz, oğlum Ronaldonun böyük fanatıdır", - Tramp şam yeməyində deyib.

    "Barron onunla görüşdü. Düşünürəm ki, sizi görüşdürdük, sonra o, atasına bir az daha çox hörmət edir", - Tramp Ronaldoya deyib və bu, tədbirdə iştirak edənlərin gülüşünə səbəb olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar