Ru
10:13 / 17 Dekabr 2025

Tramp xalqa müraciət edəcək – Venesuelaya qarşı müharibə başlayır?

Tramp xalqa müraciət edəcək – Venesuelaya qarşı müharibə başlayır?
Eye

ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda xalqa televiziya müraciəti edəcəyini açıqlayıb. Məlumatlara görə, çıxışın əsas mövzusu Venesuela ilə gərginliyin artırılması və ABŞ-ın atacağı sərt addımlar olacaq.

Bakupost.az “Reuters”ə istinadən xəbərinə görə, siyasi müşahidəçilər vurğulayırlar ki, Trampın müraciəti Venesuela ilə bağlı növbəti mərhələnin – hətta müharibə elanına bərabər addımların anonsu kimi qəbul edilə bilər. Bu, xüsusilə ABŞ-nin Venesuelaya qarşı tam blokada fərmanı verməsindən sonra əhəmiyyətini artırır.

Ekspertlərin fikrincə, Tramp müraciət zamanı ABŞ-nin atdığı iqtisadi və hərbi addımların səbəblərini açıqlaya, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə sərt xəbərdarlıq mesajı verə bilər. Hazırda rəsmi müharibə elan edilməsə də, gözlənilən çıxış Venesuela ilə bağlı gərginliyin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar