Ru
10:54 / 01 May 2026

Trampa sui-qəsd cəhdinin - YENİ VİDEOSU

Trampa sui-qəsd cəhdinin  - YENİ VİDEOSU
Eye

Vaşinqton prokuroru ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi mətbuat nümayəndələri üçün təşkil olunan təntənəli şam yeməyində baş verən hücum anının yeni videogörüntülərini dərc edib.

Bakupost.az xəbər verir ki, bu barədə hadisənin istintaqını aparan Janin Pirro X hesabında məlumat yayıb.

Yayımlanan videoda Koul Allen adlı şəxsin Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmət əməkdaşını güllələdiyi anlar yer alıb.

Bildirilib ki, təhlükəsizlik xidmətinin nümayəndəsi yaralansa da, onu ölümdən zirehli jilet xilas edib.

Tramp həyat yoldaşı və digər rəsmilərlə birlikdə zalı xəsarətsiz tərk edə bilib, tədbir yarımçıq dayandırılıb və məkan təxliyə edilib. məkan təxliyə edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar