"Əgər İran ABŞ gəmilərini vurarsa məhv ediləcək".
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bildirib.
Amerika lideri əlavə edib ki, ABŞ gəmilərindən biri vurulsa İran yer üzündən silinəcək.
"Ya iranlılar xoş niyyətlə razılaşma əldə edəcəklər, ya da hərbi əməliyyatlar yenidən başlayacaq", - deyə prezident vurğulayıb.