Ru
18:29 / 24 Aprel 2019

o ölkəylə sərhədə silahlı əsgərlər göndərdi Trampdan ŞOK QƏRAR:

2095
 

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhədə silahlı hərbçilər göndərdiyi barədə məlumat yayıb.


Bakupost.az bu barədə Donald Trampın "Twitter” səhifəsinə istinadla xəbər verir.


"Bu yaxınlarda meksikalı əsgərlər, çox güman ki, sərhəddə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olanlardan diqqəti yayındırmaq üçün milli qvardiyamızın hərbçilərinə silah qaldırıb. Yaxşı olar ki, belə hallar bir daha təkrarlanmasın! Biz hazırda sərhədə silahlı hərbçilər göndəririk”, - Donald Tramp "Twitter” səhifəsində belə yazıb.


ABŞ prezidenti, həmçinin Meksikanın ABŞ-a keçməyə çalışan qanunsuz mühacirlərin qarşısının alınması və onların öz ölkələrinə geri göndərilməsi istiqamətində yetərincə səy göstərmədiyini də qeyd edib.


Bir qədər əvvəl Donald Tramp Meksikanın qanunsuz miqrasiya ilə bağlı problemin həllinə yardım etməyəcəyi təqdirdə avtomobillərə rüsum tətbiq edəcəyini və ya sərhədi bağlayacağını bildirmişdi. O, Birləşmiş Ştatlara narkotik vasitələrin axınının dayandırılması üçün Meksikaya bir il vaxt vermiş, əks-təqdirdə qarşı tərəfi mallarına rüsum qoyulacağı və sərhədin bağlanacağı ilə hədələmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər