Səudiyyə Ərəbistanın "Əl-Hədəs" telekanalı Trampın Qəzza müharibəsini başa çatdırmaq planının detalları barədə məlumat yayıb.
Bakupost.az xəbər verir ki, plana aşağıdakı əsas bəndlər daxildir:
- 48 saat ərzində sağ qalan və ya ölən bütün israilli girovların azad edilməsi;
- Minlərlə fələstinli məhbusun azad edilməsi, o cümlədən ömürlük həbs cəzası çəkən 100–200 məhbusun sərbəst buraxılması;
- BMT və beynəlxalq təşkilatlar vasitəsilə dərhal məhdudiyyətsiz humanitar yardımın göstərilməsi və Qəzza zolağında humanitar fondun bağlanması;
- Ərəb ölkələri və beynəlxalq qüvvələr tərəfindən HƏMAS-ın silahlarının toplanması;
- ABŞ-nin İordan çayının Qərb sahilinin İsrail tərəfindən ilhaqına yol verməyəcəyinə dair öhdəlik götürməsi;
- İsrail qoşunlarının mərhələli şəkildə Qəzza zolağından çıxarılması və anklav ətrafında təhlükəsizlik dəhlizinin yaradılması;
- HƏMAS liderlərinə Qəzza zolağını tərk etmələri müqabilində amnistiya təklif olunması;
- Müvəqqəti hökumətin formalaşdırılması üçün iki mərhələli proses - əvvəl beynəlxalq qurum, daha sonra isə Fələstin komitəsinin qurulması.
Lalə, BakuPost