Ru
21:35 / 17 Oktyabr 2025

Türkan Vəlizadə: "Heç kimə ixtiyar vermərəm ki, məni təhqir etsin"

Türkan Vəlizadə: "Heç kimə ixtiyar vermərəm ki, məni təhqir etsin"
Eye

“Problemi axtarmaqla deyil, bəzən gəlir özü səni tapır. Elə məsələlər var ki, onları efirdə insanlara çatdırmaq olmaz. Ayıbdır. Sənət yoldaşlarımla münasibətim çox gözəldir. Düşünürəm ki, hər bir insanın fikrinə hörmətlə yanaşılmalıdır”.

Bakupost.az xəbər verir ki, bunu “Günə uğurla” verilişində müğənni Türkan Vəlizadə deyib.

“Qarşımdakı insanlara hər zaman hörmət edirəm və bunu da tələb edirəm. Hansısa səhvim olarsa, onu düzəltməyə çalışıram. Səhvsiz insan yoxdur ki... Yalanı hamımız danışırıq. Özümü qorumağa çalışıram. Mənim arxamda anam, atam var. Vaxtında valideynlərin dəyərini bilmək lazımdır. Heç kimə ixtiyar vermərəm ki, məni təhqir etsin. Hörmət hörmətə bağlıdır” – müğənni bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar