Türk Hava Yolları (THY) hava məkanı məhdudiyyətləri səbəbindən uçuş planlamalarında məcburi dəyişikliklər edib.
Bakupost.az xəbər verir ki, bu barədə THY-nin Kommunikasiya İdarəsinin rəhbəri Yəhya Üstün sosial media hesabından açıqlama yayıb.
O bildirib ki, Livan, Suriya, İraq, İran və İordaniyaya yönəlmiş reyslər 2 mart 2026-cı il tarixinədək, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omana olan reyslər isə bu gün üçün ləğv edilib.
"Hava məkanındakı vəziyyət anba-an izlənilir və əlavə uçuşarın ləği müzakirə mövzusu ola bilər", - o əlvə edib.
Sərnişinlərə səyahətlərindən əvvəl uçuşlarına dair dəqiq məlumatları THY-nin rəsmi internet saytındakı "uçuş statusu" bölməsindən əldə edə biləcəkləri xatırladılıb.