Ru
14:35 / 10 Oktyabr 2019

"Türkiyə bölgədəki təhlükəsizliyi təhdid edir" - Ərəb Birliyi Türkiyəyə qarşı

"Türkiyə bölgədəki təhlükəsizliyi təhdid edir" -  Ərəb Birliyi Türkiyəyə qarşı
Eye

Səudiyyə Ərəbistanı "Sülh çeşməsi" əməliyyatından məmnun deyil.


BakuPost az
xarici mediaya istinadən xəbər verir ki, Krallıq rəsmi xəbər agentliyi SPA vasitəsilə yayımladığı mesajda "Türk ordusu tərəfindən Suriyanın şimalına edilən hücumu qınayırıq. Bu hücum Suriyanın suverenliyini pozur, bölgədəki təhlükəsizliyi təhdid edir" deyə bildirib. Türkiyənin Suriyada apardığı hərbi əməliyyata Ərəb Birliyinin digər üzvləri də mənfi münasibət bildirib. Misir Birliyin toplanmasını tələb edib.Tələbə əsasən Birlik ölkələrinin XİN rəhbərləri 12 oktyabrda toplanacaqlar.


Qeyd edək ki, Türkiyə ötən gün PKK və YPG terror təşkilatlarına qarşı Suriyada "Sülh çeşməsi" adlı hərbi əməliyyata başlayıb.


Xatırladaq ki, Qətər, İspaniya, Macarıstan, Şimali Kipr Türk Cumhuriyyəti Türkiyəyə dəstək verərkən, ABŞ, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa, İran, Danimarka, Kanada, Niderland, Misir, İsveç əməliyyata qarşı çıxıb, Rusiya isə bitərəf qalıb.


Vəsilə İbrahim

BAKUPOST


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar