Ru
22:48 / 22 Noyabr 2020

"Türkiyə Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir" - Ərdoğan

"Türkiyə Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir" -  Ərdoğan
Eye

"Türkiyə NATO-nun Suriyada İŞİD terrorçularına qarşı mübarizə aparan yeganə ölkəsidir".

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizim ölkəmiz terrorizmin, münaqişələrin qarşısının alınması və sabitliyin təminatı təhlükəsinin aradan qaldırması üçün səy göstərir. Bir sıra dövlətlərin terrorizmin təzahürlərinə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıqdan imtinasına baxmayaraq, Ankara öz qüvvələri ilə 9 minə qədər xarici muzduru - terrorçunu ələ keçirdi və öz ölkələrinə deportasiya etdi", - prezident deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün Türkiyə Suriyada, Liviyada, Aralıq dənizinin şərq hissəsində, İraqda, Fələstində və Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir. "Biz yalnız öz vətəndaşlarımızın və əhalimizin təhlükəsizliyinin təmin olunmasına can atmırıq, həm də regional səviyyədə sabitliyi və sülhü müdafiə edirik", - Ərdoğan deyib.

Türkiyə lideri vurğulayıb ki, dünyanın nizam sistemini, ümumbəşər dəyərləri, həmçinin ədalət və təhlükəsizlik prinsiplərini nəzərə almayan uğur qazanmaq şansına malik deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar