Ru
18:38 / 03 Dekabr 2025

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?
Eye

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli 29 noyabrda İstanbulda polis bölməsinə aparılıb və noyabrın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb.

Bakupost.az xəbər verir ki, İstanbulda yaşayan və adının açıqlanmasını istəməyən hüquq müdafiəçisi Axar.az-a verdiyi məlumatda Arnavutköy deportasiya məntəqəsinin olduqca böyük yer olduğunu və deport edilməsi nəzərdə tutulan müxtəlif ölkələrin vətəndaşlarının ora göndərildiyini bildirib.

“Əgər şəxs deport olunmasına etiraz edirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Ehtimal ki, Gültəkin Hacıbəyli deport olunmasına etirazını bildirib və bu istiqamətdə hüquqi proseduralar işə düşüb. Onun vəkilləri 15 gün ərzində Gültəkin Hacıbəylinin niyə deport olunmaması gərəkdiyini sübut etməlidirlər”, - mənbə bildirib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Türkiyəyə 25 sentyabrda getdiyini, 3 aylıq müddətin 25 dekabrda tamam olduğunu (Azərbaycan vətəndaşları Türkiyədə vizasız 3 aylıq qalma hüququna malikdir), eyni zamanda, 2 illik oturum iznini əsas gətirərək, deportasiya olunmasını qanunsuz saymışdı.

Miqrasiya məsələləri üzrə ekspertlər isə bildirirlər ki, Gültəkin Hacıbəyli siyasi sığınacaq üçün müraciət etmədiyindən, onun Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq deportunda qanunsuzluq yoxdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar