Ru
19:12 / 05 Dekabr 2025

Türkiyə S-400-ləri ləğv etməyə doğru gedir - Barak

Türkiyə S-400-ləri ləğv etməyə doğru gedir - Barak
Eye

Türkiyə Rusiyanın S-400 havadan müdafiə sistemlərini ləğv etməyə doğru gedir.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib.

O, növbəti 4-6 ay ərzində S-400-lərlə bağlı problemin həll ediləcəyini bildirib.

ABŞ səfiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahu arasında gərginliyə də toxunub. Diplomat bunun sadəcə ritorika olduğunu, iki ölkənin müəyyən müddətdən sonra dil tapacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemləri aldığına görə, 2019-cu ildə ABŞ tərəfindən F-35 qırıcıları ilə bağlı proqramdan xaric edilib. Bundan Türkiyə ABŞ-a F-35 qırıcıları üçün təxminən 1.4 milyard dollar vəsait ödəyib. ABŞ bu vəsaiti hələ də Türkiyəyə qaytarmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar