Ru
12:29 / 27 Noyabr 2021

Türkiyə SAT imtahanları ilə tələbə qəbulunu dayandırdı - Abituriyentlər üçün ŞOK

9019
Türkiyədə xarici ölkələrdən qəbul proqramlarında SAT imtahanları ləğv edilib.

Bakupost.az xəbər verir ki, yalnız özəl Koç Universitetindən başqa bütün ali təhsil ocaqlarında bu qəbul proqramı dayandırılıb.

Bu qərar Türkiyədə təhsil almaq istəyən abituriyentlər üçün şok effekt verib. İllərlə bu proqramla hazırlaşan şəxslər imtahan qabağı pis sürprizlə qarşılaşıblar.

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev Bakupost.az –a açıqlamasında bildirib ki, Yüksək Yönətim Kurulu tərəfindən universitetlərə göndərilən bu məlum qərar bir çox universitetlərin də xarici tələbə qəbuluna maneçilik törədəcək:


“Bu, yalnız tələbələrin universitetə getməyinin qarşısını almır, həm də universitetlərin və ölkənin xarici tələbədən gəlir əldə etməsinin də qarşısını alacaq.

Düşünürəm ki, bu qərar dəyişiləcək. Çünki dövlət başçısının 2023-cü il üçün xarici tələbə axınını təmin etmək və sayının maksimuma çatdırmaq kimi fikri var idi.

Görünən odur ki, bəlli bir hədəf qoyacaqlar, məsələn, 90 və ondan yuxarı nəticə göstərənlər müraciət edəcək. Buna müraciət edən kütlə nə qədər, tələbə sayı nə qədər olacaq, onlar bunun reklamını necə aparacaqlar, bu məqamlar bir az sual altındadır. Hər özəl universitetlər üstəgəl dövlət universitetləri ayrı-ayrı YÖS proqramaları, qəbullar keçirir və tələbə axınını təmin edirlər. Misal üçün, Türkiyədəki özəl universitetlərinin birinin builki tələbə axını üçün reklamına 300 min dollara yaxın pul xərclənib. Yüksək Öğretim Kurulu bu pulu təmin edə biləcəkmi, xarici tələbələr bu qədər elanları görsünlər və universitetlərə gəlsinlər? Ona görə də hesab edirəm ki, birbaşa olaraq universitetlərin tələbə axını dayanacaq və əsaslı narazılığa səbəb olacaq”.

Ekspert əlavə edib ki, bu qərara artıq universitetlər etirazını bildiriblər:

“Universitetlər artıq etiraz ediblər və əminəm ki, Cumhurbaşqanlığı Eğitim Danışmanlığı (təhsil məsləhətçisi) tərəfindən bu qərar tezliklə dəyişdiriləcək”.

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
  • Bahadırova zəminə

    Bakı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər