Ru
12:36 / 06 Dekabr 2025

Türkiyədə dəhşətli qəzada – 7 ölü, 11 yaralı – VİDEO

Türkiyədə dəhşətli qəzada – 7 ölü, 11 yaralı – VİDEO
Eye

Türkiyənin Osmaniyə şəhəri, Bağça rayonunda ağır yol qəzası baş verib.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, hadisə saat 05:00 radələrində Adana-Qaziantep avtomagistralında olub.

Məlumata görə, Seç Turizm şirkətinə məxsus İzmir-Qaziantep marşrutu üzrə hərəkət edən sərnişin avtobusu təkəri partladığı üçün yolun sağ tərəfində dayanmış TIR-a çırpılıb.

Qəza yerinə çox sayda xilasetmə və təcili tibbi yardım briqadaları göndərilib. Qəza nəticəsində 7 nəfər həlak olub, 11 nəfər yaralı var. Yaralılar dərhal xəstəxanalara çatdırılıb.

Qəzadan sonra avtobus yararsız hala düşüb.

Hadisədən sonra TIR sürücüsü saxlanılıb. Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi işləri davam edir. Qəza ilə bağlı səhiyyə və hüquq-mühafizə orqanları tərəfindən istintaq başlanılıb.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar