Ru
20:02 / 14 Noyabr 2025

Türkiyədə əməliyyat: 140-a yaxın şəxs saxlanıldı

Türkiyədə əməliyyat: 140-a yaxın şəxs saxlanıldı
Eye

Türkiyədə narkoticarətlə əlaqəsi olan şəxslərin saxlanılması üzrə genişmiqyaslı əməliyyat keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.

“Orkinos Bulut-2” kod adı altında həyata keçirilən əməliyyat Türkiyənin 22 vilayətini əhatə edib və narkotik vasitələrin ticarəti və yayılması ilə məşğul olan beş beynəlxalq cinayətkar qrupun üzvlərinə qarşı yönəlib.

A.Yerlikaya qeyd edib ki, saxlanılan 138 nəfər arasında üç mütəşəkkil cinayətkar qrupun başçıları da var.

O vurğulayıb ki, əməliyyatın hazırlanması zamanı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat və sənəd mübadiləsi həyata keçirilib.

647 daşınmaz əmlak obyektinə, bir holdinqə, 113 şirkətə, bir quru yük gəmisinə, eləcə də çoxsaylı bank hesablarına həbs qoyulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar