Türkiyənin Ərzincan vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 4,52 km dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, səhər saatlarında Türkiyənin Aralıq dənizi sahillərində də zəlzələ baş vermişdi.