Ru
15:39 / 06 Fevral 2026

Cümə namazı zamanı partlayış – Azı 31 nəfər ölüb

Cümə namazı zamanı partlayış – Azı 31 nəfər ölüb
Eye

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı bir məsciddə baş verən partlayış nəticəsində azı 31 nəfər həlak olub, 169-dan çox insan yaralanıb.

Bakupost.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, partlayış paytaxtın Şehzad Taun bölgəsində şiələrə məxsus olan “İmam Bargah” məscidində cümə namazı vaxtı baş verib.

Polis partlayış nəticəsində azı 31 nəfərin həyatını itirdiyini, 169-dan çox şəxsin isə yaralandığını açıqlayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bunun intihar hücumu, yoxsa əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğu olmasının araşdırdıqlarını deyib.

Partlayış nəticəsində yaralanan çoxsaylı şəxslərin xəstəxanalara çatdırıldığı bildirilib.

Səlahiyyətli qurumlar İslamabaddakı xəstəxanalarda fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Təcili tibbi yardım və polis qüvvələri məscid ətrafında axtarış-xilasetmə və araşdırma işlərini davam etdirir.

Pakistan Prezidenti Asif Əli Zərdari sosial şəbəkə platformasındakı hesabından partlayışla bağlı açıqlama verib.

Həlak olanların ailələrinə başsağlığı verən Zərdari “dinc sakinlərin hədəfə alınmasının insanlığa qarşı törədilmiş cinayət olduğunu” bildirib.

Zərdari yaralıların tezliklə sağalması üçün bütün tibbi imkanların səfərbər edilməsi ilə bağlı göstəriş verdiyini də açıqlayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar