"Bakupost TV"-də jurnalist Bəxtiyar Əlirzayevin aparıcısı olduğu "Əslində" verilişinin növbəti buraxılışı yayımlanıb. Verilişin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, arxeoloq, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli olub.
Bakupost.az xəbər verir ki, proqram əsnasında ölkəmizdə aparılan arxeoloji qazıntılar, qədim mədəniyyətlər, dövlətlərin qurulması, su altında qalan şəhərlər və arxeologiya elminin üzləşdiyi çətinliklərdən bəhs edilib. Həmçinin bir çox insanın yanlış bildiyi məqamlara aydınlıq gətirilib.