Ru
15:19 / 03 Oktyabr 2025

Türkiyədə inflyasiya kəskin ARTDI

Türkiyədə inflyasiya kəskin ARTDI
Eye

Türkiyədə sentyabr ayında illik inflyasiya 33,29% təşkil edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Statistika İdarəsi (TurkStat) yayıb.

Qeyd olunur ki, qiymət artımının tempi ardıcıl 15 aydan sonra yenidən sürətlənib. Avqust ayında bu göstərici 32,95% idi.

"Trading Economics" portalının sorğusuna əsasən, analitiklər inflyasiyanın 32,5%-ə qədər azalacağını proqnozlaşdırırdılar.

Lakin nəticələr proqnozları üstələyərək, Türkiyə iqtisadiyyatında qiymət təzyiqlərinin hələ də yüksək olaraq qalmasını göstərib.

Ayxan, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar