Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı qəza baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində 4 nəfər yaralanıb, 2 nəfər isə dağıntı altında qalıb.
Bakupost.az xəbər verir ki, hadisə günorta saatlarında Muş magistral yolunun 2-ci kilometrliyində baş verib. Tikintidə quraşdırılmış konstruksiya çöküb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, polis qrupları cəlb olunub.
Dağıntılar altından çıxarılan yaralı işçilər ilkin tibbi yardım göstərildikdən sonra Kulp Dövlət Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Cavid, BakuPost