Ru
13:52 / 11 Noyabr 2025

İraqda qanlı seçki – Silahlı qarşıdurmada ölənlər var – VİDEO

İraqda qanlı seçki  – Silahlı qarşıdurmada ölənlər var – VİDEO
Eye

İraqda keçirilən seçkilər zamanı Kərkük şəhərində silahlı qarşıdurma baş verib. Hadisə nəticəsində iki təhlükəsizlik qüvvəsi həlak olub, iki mülki şəxs yaralanıb.

Bakupost.az xəbər verir ki, səhər saatlarında İraq Türkmən Cəbhəsinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında gərginlik yaşanıb və toqquşmalar silahlı qarşıdurmaya çevrilib. Sonrakı əməliyyat zamanı cinayətkar olduğu iddia edilən bir şəxs saxlanılıb, bir neçə nəfər isə həbs edilib.

Qeyd edək ki, 1995-ci ildə yaradılmış İraq Türkmən Cəbhəsi ölkədəki türkmən azlığını təmsil edir. Hərəkat 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra Kərkük şəhərinin türkmənlərə məxsus olduğunu bildirərək bölgədəki siyasi nəzarət uğrunda iddialarını davam etdirir.




Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar