Ru
15:16 / 11 Noyabr 2025

Oğrular ələ keçdi – Biri mağaza yarıb, digəri ev

Oğrular ələ keçdi – Biri mağaza yarıb, digəri ev
Eye

Paytaxtda oğurluq edənlər saxlanılıb.

Bakupsot.az APA-ya istinadən xəbər verir ki, noyabrın 8-də Səbail rayonunda marketlərin birindən oğurluq edilib.

Zərərçəkən polisə müraciət edərək içərisində 1300 manat, 200 dollar, mobil telefon və sənədlər olan pul kisəsinin talanmasını bildirib.

Səbail RPİ 9-cu Polis Bölmədi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı R.Quliyev müəyyən olunaraq saxlanılıb.

Sabunçu rayonunda isə evlərin birindən 4000 manat, həmçinin rayon ərazisindəki mağazadan 300 manat talamaqda şübhəli bilinən 35 yaşlı T.Hacıyev və bir nəfər qadın da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar