Türkiyənin Kocaeli şəhərinin Darıca rayonunda Novruz şənlikləri zamanı bir qrupla rəsmilər arasında mübahisə yaranıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Polis müdaxilə edib və qrupdan 8 nəfər saxlanılıb.
Novruz şənlikləri günorta saatlarında Darıca Millət Bahçesində keçirilib. Bəzi iştirakçılar rəsmilərlə mübahisəyə başlayıblar. Mübahisə qarşıdurmaya çevrilib, polis qrupu dağıtmaq üçün bibər qazından istifadə edib.