Ru
22:41 / 21 Mart 2026

"Üçüncü Dünya müharibəsi artıq başlayıb"

"Üçüncü Dünya müharibəsi artıq başlayıb"
Eye

Üçüncü Dünya müharibəsi artıq başlayıb.


Bakupost.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.


“Sadəcə hələ rəsmi olaraq bu barədə danışmırıq. Neft, qaz, minerallar, nadir metallar və digər xammal uğrunda mübarizə uzun müddətdir davam edir”, – deyə o bildirib.


Prezidentin sözlərinə görə, Birinci və İkinci Dünya müharibələri regional münaqişələr kimi başladı və yalnız sonradan daha böyük ittifaqlar yarandı:


“Bu da nəticədə birbaşa münaqişəyə səbəb oldu. Oxşar dinamika bu gün də müşahidə olunur. Ümid edirəm, eskalasiyanın qarşısı alınacaq, lakin hazırda buna nail olmağın asan yolunu görmürəm”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar