Ru
15:12 / 30 Mart 2026

Türkiyədə restoranı gülləbaran edən azərbaycanlılar tutuldu

Türkiyədə restoranı gülləbaran edən azərbaycanlılar tutuldu
Eye

Türkiyədə azərbaycanlılar restorana atəş açıblar.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Mərmərə şəhərinin Təpə məhəlləsində qeydə alınıb.

Maskalı iki şəxs axşam saatlarında restorana silahlı hücum edərək obyekti gülləbəran ediblər. Salondakı insanlar qorunmaq üçün yerə uzanıblar. Obyektə isə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub və bölgənin polis şöbəsinin rəisi də cinayət yerinə gəlib. Araşdırma zamanı hadisəni törədənlərin azərbaycanlı E.C. və A.K. olduqları üzə çıxıb.

Onlar cinayət zamanı istifadə etdikləri silah və geyimlərlə birgə saxlanılıblar. Hazırda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar