Ru
22:33 / 11 May 2026

Türkiyədə silahlı şəxsin qarşısını alan taksi sürücüsü danışdı - VİDEO

Türkiyədə silahlı şəxsin qarşısını alan taksi sürücüsü danışdı - VİDEO
Eye

"Silahlı şəxsə müdaxilə edərkən əlim parçalandı, 7 tikiş qoyuldu".

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Qaziantep şəhərində silahlı şəxsi zərərsizləşdirərək gündəmə gələn taksi sürücüsü Ramazan Yıldırım İHA-ya açıqlamasında deyib.

Hadisə ilə bağlı danışan sürücü bildirib ki, onu girov götürən silahlı şəxs taksiyə əyləşən kimi ona "sür" əmri verib və təxminən 5 kilometr sonra polis maşınını görən kimi atəş açmağa başlayıb.

"Qırmızı işıqda belə dayanmağıma icazə vermirdi, mülki avtomobillərə silah çəkərək yolu açdırırdı. Polis qrupları barrikada qurmuşdular, onlara da atəş açmağa başladı. Biz avtomobilin içində olduğumuz üçün polislər yalnız havaya atəş açırdılar.

Yaxınlıqdakı polis əməkdaşlarından birinə atəş açmaq istəyəndə ön şüşədən onun silahından yapışaraq güllənin polisə dəyməsinin qarşısını aldım. Daha sonra silahı geri çəkdi, mən də çevrilib bütün gücümlə silahı əlindən almağa çalışdım. Sonra polisləri çağırdım və onlar dərhal müdaxilə etdilər.

Allaha şükür edirəm ki, heç bir polis əməkdaşına zərər dəymədi. Silahlı şəxsə müdaxilə edərkən əlim parçalandı, 7 tikiş qoyuldu. Yaralanmağımın heç bir əhəmiyyəti yoxdur, təki nə polislərə, nə də başqa insanlara zərər gəlməsin. Qalanı mənim üçün önəmli deyil", - deyə taksi sürücüsü bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar